post_14

Tarix bizdən öncəki nəsillərin uğursuzluqları ilə doludur. Uğurlar hər zaman mükafatlandırıldığı halda uğursuzluqlar çox vaxt müzakirə belə olunmur. Bu uğursuzluqları yenidən təhlil edib, onlardan dərs almaq və əldə etdiyimiz nəticəni gündəlik iş həyatımıza tətbiq etmək mümkündürmü?

Uğursuzluq ilə nəticələnmiş bütün tarixi hadisələrin motivlərində dərs alınacaq, ibrət götürüləcək aşkar məqamlar var. Təəssüflər olsun ki, yaşanmış bu uğursuz hadisələrdən lazımlı dərsləri çıxara bilmirik. Fəaliyyətimin son 3 ili verilmiş yanlış qərarlardan və ardı kəsilməyən istəklər ucbatından uğursuzluq axınına qapıldığına bilavasitə şahid olduğum fərqli “case”-lər ilə doludur.

Ətraflı

post_13

2017-ci ilə sayılı dəqiqələr qalır…

İllərdir dəyişməyən adətim üzrə bu bayramıda tək qeyd edirəm… Rayondakı evimizdə ailəm ilə birlikdə olmağıma baxmayaraq yeni ili stolüstü lampanın işıqlandırdığı yarım-qaranlıq otağımda bu məqaləni yazaraq gözləyirəm.

Ətraflı

post_12

Hər nə qədər məşğul olduğum iş ilə bağlı daha çox texniki mövzularla maraqlanıb, bu sahədəki texniki materilları mütaliə etsəmdə incəsənət xüsusi ilə də rəsmlər və onların anlatdıqları hekayələr ən sevdiyim hobbilərim arasında öz yerini qoruyub saxlaya bilib.

İllərdir texniki sahədə ixtisaslaşmış birisinin incəsənət mövzusunda məqalə yazmağı nə qədər qəribə olsada (özümə belə təəccüblü gəlir) bu sahədə topladığım maraqlı məlumatları digərləri ilə bölüşmək və davamlı bloq məqalələri yazma vərdişimi geri qazanmaq üçün bu gündən etibarən şəxsi bloqumda bu sahəyə aid həvəskar məqalələr yayımlamaq qərarına gəldim.

Bu mövzudakı ilk yazımı renesans dövrünün məhşur əsərlərindən olan və sahib olduğu detallar baxımından diqqəti dərhal üzərinə cəlb edə bilən “The Ambassadors” – a (Səfirlər)- həsr edirəm.

Ətraflı

post10

Veb saytların şirkətlər üçün önəmi hər birimizə məlumdur. Son illərdə artan e-ticarət gəlirləri, internetin hər kəs üçün əlçatan olmasa veb saytları şirkətlər üçün virtual alış-veriş məkanına çevirir. Hətta bəzi firmaların veb saytlarından etdikləri satışlar, digər bütün kanallardan edilən satışları dəfələrlə üstələyir. Hər keçən gün artan mobil istifadəçi kütləsi rəqiblərindən geri qalmaq istəməyən markaların bu platformaya yönəlməsini zəruri edir.

Ətraflı

loremipsum

Lorem Ipsum xəttatlıq və çap sənayesində istifadə edilən qarışıq mətnlər toplusudur. Lorem Ipsum, adı naməlum olan bir mətbəə işçisi tərəfindən nümunə kitab çapı zamanı dövrün çap texnologiyasında istifadə edilən hərf parçalarının qarışdırılması nəticəsində meydana gəlmişdir.

Ətraflı

post_8

Tam səmimi deyirəm, hər dəfə internetdə Marketinq Azərbaycan qrupunun görüşlərinə aid şəkilləri görəndə qısqanırdım. Düşünürdüm ki, niyə axı İT sahəsində fəaliyyət göstərən digər qruplar belə aktivlik nümayiş etdirə bilmirlər. Amma təəssüflər olsun ki, işlərin çoxluğundan sadəcə düşünməklə kifayətlənirdim. Taki Graphic Design Azerbaijan qrupunda Ziyanın yazdığı statusu görənə kimi…

Ətraflı

post7

Yaşadığım evə yeni telefon xəttinin çəkiləcəyini və internet provayderin dəyişdiriləcəyini və bu səbəbdən bir neçə gün (təxminən 3-4 gün) internetdən istifadə edə bilməyəcəyimi eşitdikdə sözün əsl mənasında şok keçirtmişdim. 10 ilə yaxıdır ki, bir günüm belə olsun internetsiz keçməyib və bundan sonrada keçməsinə icazə verə bilməzdim. Dərhal vəziyyəti düzəltmək üçün Bakcell Datakart aldım.

Ətraflı

post6

Ölkəmizdə keçiriləcək I Avropa oyunlarının açılış mərasiminə 1 gündən daha az vaxt qalır. Təxminən 1 həftə öncə mərasimin rəsmi tətbiqi təqdim edildi. İşlərin çoxluğundan bu gün yükləyib, istifadə etmək şansım oldu. Mobil tətbiq mağazalarında onlarca istifadəçinin tətbiqə yazdığı şərhləri görəndən sonra düşündüm ki, tətbiqi ətraflı təhlil edim və nəticəsini sizinlə paylaşım.

Ətraflı

post5

3 ildən çoxdur ki, “Subway Surfer” oynunu sevə-sevə oynayıram. Əminliklə deyə bilərim ki, smartfon istifadəçilərinin 90% bu oyunu ən azı bir dəfə də olsun sırf maraq üçün açıb və oynayıb. Ayda 10.000.000 aktiv istifadəçi sayının olmasıda mənim dediklərimi dəstəkləyir.

Ətraflı

post4

Google axtarış sisteminə “starving armenian” (Aclıqdan ölən ermənilər) yazdığınızda qarşınıza çıxan nəticələr arasında ilk sırada yer alan bu fotoşəkil saxta erməni soyqırımı iddialarının simvoluna çevrilib. Gördüyünüz bu şəkil ilk dəfə 2005 – ci ildə Donald Bloxham təfərindən yazılan “The Great Game of Genocide. Imperialism, Nationalism and the Destruction of the Ottoman Armenians’ (Büyük Soyqırım Oyunu. Milliyətçilik və Osmanlı ermənilərinin yox edilməsi) adlı kitabında yayımlanıb. Kitabdakı məlumatların qeyri obyektivliyindən və təktərəfli yazılmasından, kitabdakı məlumatların doğrluğu ilk baxışdan sual altına düşür.

Ətraflı